Accessibility links

Pop ulduzu Madonna Rusiya prezidenti Vladimir Putin əleyhinə pank duası oxuduqdan sonra həbs edilmiş üç feminist rokçunun tezliklə azadlığa buraxılacağına ümidini ifadə edib. Amerikalı müğənni Moskvada konsertə hazırlaşırkən bu haqda bəyanat verib.

"Bu, mübahisəli mövzudur. Əlbəttə ki, mən söz azadlığına inanıram və senzuranın əleyhinəyəm. Ona görə də ümid edirəm ki, hakim onları tezliklə azadlığa buraxacaq."

"Pişik Qiyamı" adlı pank qrupuunun üç üzvü xuliqanlıq maddələri ilə mühakimə olunurlar.

Mart seçkilərində Vladimir Putinin hakimiyyətə qayıtmasından iki həftə öncə ansambl Moskvanın iri kafedralında etiraz aksiyası keçirərək “Müqəddəs Məryəm, Putini hakimiyyətdən devir!” deyə mahnı oxuyublar.

Musiqiçilər beş ay həbsdə olublar və məhkum olunduqları təqdirdə yeddi il işlə üzləşirlər.
XS
SM
MD
LG