Accessibility links

Mağazalarda alış-veriş onlayn qədər rahat olacaq [Video]


Bu il Milli Pərakəndə Federasiyasının Nyu-Yorkda keçirdiyi “Böyük Şou”-sunda nümayiş etdirilən yaradıcı texnologiya sonuyub-geyinmə otağından tutmuş interaktiv ev təmirinə kimi  ən son yeniliklər  mağazalarda alış-verişin gözqamaşdıran gələcəyini göstərir.

Müştərilərin bütün alış-veriş ehtiyaclarını qarşılamaq üçün artıq daha çox cihazlarından istifadə etdiyi üçün ənənvi mağazalar müştəriləri cəlb etmək və qazanc əldə edə bilmək üçün yaradıcı düşünməlidirlər. Bu il Milli Pərakəndə Federasiyasının Nyu-Yorkda keçirdiyi “Böyük Şou”-sunda nümayiş etdirilən yaradıcı texnologiya sonuyub-geyinmə otağından tutmuş interaktiv ev təmirinə kimi ən son yeniliklər mağazalarda alış-verişin gözqamaşdıran gələcəyini göstərir.

Evdən onlayn alış-veriş etməyin rahatlığı artır. Bu da mağaza satıcılarını narahat edir. Amma bu onların bağlanacağı demək deyil.

Məsələn Intelin adlandırdığı “gələcəyin supermarketi” müştərilərə interaktiv alış-veriş təcrübəsi, pərakəndə satıcıları isə bulud texnologiyasına əsaslanan menecment ilə təmin edir.

Evini təmir etməyi düşünürsənsə, indi satıclar miniatür fiziki obyektlərdən istifadə edərək otaqların 3D sxemini göstərə biləcək. Onlar bunu Intelin RealSense kamerası və Oculus Rift bvirtuaı reallıq qulaqlıqları vasitəsilə edəcək.

Inteldən Mişel Tinsley deyir ki, şirkət diqqəti onlayn və mağaza alış-verişi arasındakı fərqi azaltmağa yönəldib.

“İşçilər artıq daha çox diqqəti sadiq müştərilərə yetirə bilər. Beləliklə bu, müştərilərə almaq ehtimalları olan növbəti məhsulla bağlı daha çox məlumat verir. Məsələn, bu onlara “hansı məhsullardan xoşum gəlir”, “ən son aldığın nədir və onunla nə yaxşı gedər” kimi suallara cavab tapmaqlarında kömək edər.

Milli Pərakəndə Federasiyasının baş iqtisadçısı Cek Klayhenz deyir ki, mağaza müştəriləri ilə daha uzunmüddətli münasibət yaratmq üçün onlara xidmət daha yönümlü olmalıdır.

“Biz təkcə məhsullarda deyil, həm də mağazalardakı xidmətdə dəyişiliyik müşahidə edəcəyik. Pərakəndə satıcılar müştərilərlə əməkdaşlıq əsasında əlaqələr quracaq. Belə ki, müştərilər onlara rəylərini bildirəcək, onlar isə öz növbələrində müştərilərin ehtiyaclarını qarşılayacaq.”

Pərakəndə satıcıların qlobal rəqəmsal marketinq provayderi Scala “fashon wall” (dəb divarı) adlı texnologiyadan istifadə edir. Bu məkan texnologiyasından istifadə edərək onlayn müştərilərin mağazaya daxil olduğunu müəyyən edir.

“Biz o insanın mağazada olduğunu müəyyən edirik və beləliklə o müştərinin seçimlərinə uyğun olan malları böyük ekranda göstəririk.”

Scalanın dəb divarı kimi Intelin “ağıllı qeyib-baxma otağı” yaxın zamanda Levi Strauss tərəfindən istifadə olunacaq. Bu otaq müştərilərə geyindiklərinə uyğun digər geyimləri təqdim edir. Intel bildirir ki, bu yeni texnologiya müştərilərin məxfiliyini də qoruyur.

XS
SM
MD
LG