Accessibility links

Magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ veriləcək


Milli Məclis
Milli Məclis

Azərbaycanda hərbi xidmətdən möhlət hüququ bundan sonra ali təhsilin magistrarura və doktorantura səviyyələrində də tətbiq olunacaq.

Belə ki, Milli Məclis iyunun 14-də bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər edib.

Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, hərbi xidmətə çağırışdan möhlət hüququ indiyədək ancaq bakalavriat pilləsində təhsil alanlara verilirdi.

“Qanunun 21-ci maddəsinə edilən dəyişikliyə görə, bundan sonra həmin möhlət hüququ magistratura və doktorantura səviyyələrinə də şamil olunacaq.

Həmçinin, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək çağırışdan möhlət hüququ veriləcək”, o qeyd edib.

Qanuna təklif edilən daha bir dəyişiklik Azərbaycanda elmi təşkilatlarda təhsilini davam etdirmək istəyənlərə hərbi çağırışdan möhlət verilməsi ilə bağlıdır. Belə ki, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda, eləcə də xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət veriləcək.

Azərbaycan prezidenti qanunu imzaladıqdan sonra sənəd qüvvəyə minəcək.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG