Accessibility links

Rusiya Amerikanın Rusiya rəsmilərinin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin təsdiqinə etirazını bildirib


Rusiya Amerikanın insan haqlarına görə Rusiya rəsmilərinin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin təsdiqinə etirazını bildirib. Rusiyanın xarici işlər nazirıliyinin sözçüsü bu addımın Rusiya-ABŞ münasibətlərinə mənfi təsiri barədə xəbərdarlıqla çıxış edib.

Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi “Maqnitski qanunu” adı ilə tanınan qanun layihəsini atır təsdiq edib.

“Sergey Maqnitski-qanunun aliyiyi və məsuliyyət” adlı qanun layihəsi 2009-cu ildə vəkil Sergey Maqnitskinin həbsxanada ölümü ilə bilavasitə əlaqəsi olan Rusiya rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməsini nəzərdə tutur.

Qanun layihəsinə əsasən Maqnitskinin həbsi və ölümündə bilavasitə əlaqəsi olan Rusiya rəsmilərinə viza verilməsi qadağan edilir və onların ABŞ-dakı hesabları dondurulur.

Qanun Nümayəndələr Palatasında tam tərkibdə səsverməyə çıxarılmalıdır.
XS
SM
MD
LG