Accessibility links

Məhbub Tişə: İranda mütəşəkkil bir türk sol hərəkatı yoxdur [Audio-Müsahibə]


Məhbub Tişə
Məhbub Tişə

İsveçdə mühacirətdə yaşayan siyasi fəal Məhbub Tişə Amerikanın Səsi ilə söhbətdə İranda sol hərəkatın qeyri-fars toplumların problemlərinə münasibəti haqda danışıb. O, İran Azərbaycanında sol düşüncənin nüfuzu haqqında danışıb, və qeyd edib ki, sol cərəyanlar güneydə keçmişdəki nüfuza sahib deyillər.

Məhbub Tişə Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:16:19 0:00

Məhbub Tişənin sözlərinə görə İrandakı sol cərəyanlarda siyasi vəhdət hiss olunmur. Bu cərəyana daxili olan qruplar müxtəlif platformalara abunəçidirlər:

Misal üçün bunlar məktəblərin açılması ilə əlaqədar bəyanat verəndə, mən görürəm ki, orada pulsuz təhsil haqqına yer verilib amma ana dilində təhsil haqqına deyil.
Məhbub Tişə

“Bu coğrafiyada müxtəlif millətlər yaşayır. Bunun içində kürd, lur, bəluç və türk də var. Amma, İrandakı sol qruplar özlərini İranın siyasi partiyası ya İran solçuları kimi adlandırırlar. Amma mən onları vahid bir cərəyan kimi görmürəm. Bunların platformaları və ya siyasi əməllərinə baxanda, fərqli olduqlarını görürük. Bunların bir neçəsinin proqramında [etniklər üçün] öz müqəddəratını təyin etmək haqqı vardır... Bəziləri İslam Respublikası ilə uzlaşmaya hazırdır, bəziləri də bu hakimiyyətin devrilməsini istəyir.”

Tişənin sözlərinə görə, İranda sol qruplar türklər və digər qeyri-farsların məsələlərini ictimai siniflər səviyyəsinə endirərək dəyərləndirirlər.

“Çoxunun proqramında qeyri-farsların haqlarına dair bir şey yoxdur. Bu məsələni proqramlarına daxil edənlərə gəldiyimizdə də əməldə bir şey görə bilmirik. Misal üçün bunlar məktəblərin açılması ilə əlaqədar bəyanat verəndə, mən görürəm ki, orada pulsuz təhsil haqqına yer verilib amma ana dilində təhsil haqqına deyil,” deyə o ifadə edir.

Biz sol qüvvələri fərdi səviyyədə görürük. Sol qruplar da var... Amma, bunları sol etiketi ilə görmürük. Demək olar ki, hazırda mütəşəkkil bir türk solu yoxdur.
Məhbub Tişə

Məhbub Tişə deyir ki, “İran solu zülm altında olan millətlərin haqlarını ictimai siniflər məsələsinə endirdiyi zamana qədər, mən bir türk solçu olaraq, buna müsbət baxa bilmərəm.”

O, müasir İran tarixində sol düşüncənin əsasən Azərbaycanda formalaşdığını amma İran İslam İnqilabından sonra bu bölgələrdəki sol qüvvələrin dağıldığını önə çəkir.

“Milli cərəyan özünü fərqli və müstəqil şəkildə göstərməyə başladığı bu son 20-30 ildə biz sol qüvvələri fərdi səviyyədə görürük. Sol qruplar da var... Amma, bunları sol etiketi ilə görmürük. Demək olar ki, hazırda mütəşəkkil bir türk solu yoxdur,” Məhbub Tişə əlavə edir.

XS
SM
MD
LG