Accessibility links

AXCP fəalı həbs edilib


AXCP-nin bayrağı
AXCP-nin bayrağı

Məhəmməd Mirzəli Göyçayda yol ilə gedərkən saxlanıb. O günahsız olduğunu bildirib

Müxalifətdə olan Azərbaycana Xalq Cəbhəsi Partiyasının (AXCP) Göyçay rayon şöbəsi Gənclər Komitəsinin üzvü Məhəmməd Mirzəli 20 sutka inzibati həbs cəzasına məhkum edilib. Bu barədə AXCP-nin məlumatında deyilir.

AXCP bildirir ki, fəal yol ilə gedərkən polis onu saxlayıb. Yerli məhkəmə isə polisin qanunu tələbinə tabe olmamaq ittihamı ilə Məmməd Mirzəliyə inzibati qaydada 20 sutka həbs kəsib.

AXCP fəalın həbsini onun ictimai-siyasi fəaliyyəti ilə əlaqəli olduğunu bildirib.

XS
SM
MD
LG