Accessibility links

Gülər Əhmədova həbs olunub


Gülər Əhmədova
Gülər Əhmədova

Keçmiş deputat özgənin külli miqdarda əmlakını ələ keçirməkdə günahlandırlır

Bu gün axşam saatlarında Səbayel Rayon Məhkəməsi keçmiş deputat Gülər Əhmədova barədə 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. Bu barədə Turana məhkəmədəki mənbələrdən məlum olub.

G. Əhmədovanın qardaşı İlqar Mikayıloğlu məlumatı yerli mediaya nə təsdiq, nə də təkzib edib.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin 2012-ci ilin sentyabrında yaydığı videoda Gülər Əhmədova Elşad Abdullayevin deputat olması üçün bir milyon dollar aldığı bildirlir. Qalmaqallı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina edib, iqtidarda olan Yeni Azərbaycan Partiyasından xaric edilib.

Fakt üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG