Accessibility links

Azərbaycanın Suriya və Livandakı səfirliyi Beyruta köçürülür


Səfir Mahir Əliyev

Səfir Mahir Əliyev

Səfirlik oktyabrın ilk günlərində Beyrutda fəaliyyətini bərpa edəcək

Azərbaycanın Suriya və Livandakı səfirinin iqamətgahı müvəqqəti olaraq Beyruta köçürüləcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin IV müşavirəsində ölkənin Suriya və Livandakı səfiri Mahir Əliyev bildirib.

"Livanda görüləsi işlər Azərbaycanın diplomatik missiyasının Beyrutda olmasını tələb edir", - Əliyev deyib.
Səfirin sözlərinə görə, o, artıq oktyabrın ilk günlərində Beyruta gedəcək.

Qeyd edək ki, İqamətgahı Dəməşqdə yerləşən Azərbaycanın Suriya və Livandakı səfiri və səfirliyin əməkdaşları bu ölkədə yaranan təhlükəsizliyə təhdidlərlə əlaqədar avqustun əvvəllərində Suriyanı tərk edib.
XS
SM
MD
LG