Accessibility links

Mahmud Abbas Avropa ölkələrini “Fələstin baharı” nı dəstəkləməyə çağırıb

  • Amerikanın səsi

Mahmud Abbas Avropa ölkələrini “Fələstin baharı” nı dəstəkləməyə çağırıb

Mahmud Abbas Avropa ölkələrini “Fələstin baharı” nı dəstəkləməyə çağırıb

Fələstinlilərin prezidenti Mahmud Abbas Avropa ölkələrini “Fələstin baharı” nı dəstəkləməyə çağırıb. Strasburqda Avropa Şurasının yığıncağında danışab cənab Abbas deyib ki, fələstinlilər İsrailin işğalından qurtulmaq və müstəqil dövlət kimi BMT-yə üzv olmaq istəyir. O, fələstinlilərin ərəb ölkələrində demokratiya hərəkatına verilən dəstəyə layiq olduğunu deyib. 27 üzvlü Avropa Birliyindən fərqli olan Avropa Şurası Fələstinin Milli Şurasına “Demokratiya uğrunda tərəfdaşlıq” statusu verib. Fələstin Şurası qurumda səsvermə hüququ olmadan yer alacaq. Avropa Şurası bundan əlavə BMT-nin Təhlükəsik Şurasında yer alan 6 üzvünü Fələstinin üzvlük məsələsini dəstəkləməyə çağırıb. Bu altı ölkəyə Bosniya-Hertseqovina, Britaniya, Fransa, Almaniya, Portuqaliya və Rusiya daxildir.

XS
SM
MD
LG