Accessibility links

Mahmud Abbas BMT-də Fələstin dövlətinin tanınmasına çalışacağını deyib


Mahmud Abbas BMT-də Fələstin dövlətinin tanınmasına çalışacağını deyib

Mahmud Abbas BMT-də Fələstin dövlətinin tanınmasına çalışacağını deyib

Fələstinlilərin prezidenti Mahmud Abbas sentyabr ayına qədər İsraillə sülh danışıqları heç bir nəticə vermədiyi təqdirdə, BMT-də Fələstin dövlətinin tanınmasına çalışacağını bir daha təkrar edib. Cənab Abbas bu açıqlamanı bu gün Ramallah şəhərində, İsrail baş nazirinin Birləşmiş Ştatlar qanunvericilərinə belə bir plana qarşı olduğunu deməsindən bir gün sonra verib.

Birləşmiş Ştatlar Konqresində keçirilən yığıncaq zamanı İsrailin baş naziri Benyamin Netanyahu onu da əlavə edib ki, İsrailin 1967-ci ildə altı gün çəkən müharibədən əvvəlki sərhədlərinə qayıtmaq fikri yoxdur. O, qanunvericilərə Qüdsün ikiyə bölünməyəcəyini və İsrailin Həmasın da daxil olduğu Fələstin hökuməti ilə danışıqlara getməyəcəyini deyib.

XS
SM
MD
LG