Accessibility links

Mahmud Abbas: Holokost müasir dövrdə insanlığa qarşı ən dəhşətli cinayətdir


Fələstinlilərin prezidenti Mahmud Abbas yəhudilərin Holokostda kütləvi qırğınını müasir dövrdə insanlığa qarşı ən dəhşətli cinayət adlandırıb.

Cənab Abbasın bəyanatı İsraildə Holokostun anım mərasimindən bir neçə saat əvvəl və İsraillə sülh danışıqlarının dayandırılmasından bir neçə gün sonra fələstinlilərin rəsmi VAFA xəbər agentliyi tərəfindən açıqlanıb.

Bu, bir ərəb lideri tərəfindən yəhudilərin nasist soyqırımına məruz qalması ilə bağlı verdiyi çox nadir açıqlamalardandır. Cənab Abbasın bəyanatını bu yaxınlarda yəhudilər və müsəlmanlar arasında anlaşmanın əldə edilməsinə çalışan amerikalı ravvinlə görüşünün nəticəsi olaraq verdiyi ehtimal edilir.

Holokost qırğını nəticəsində altı milyon yəhudi həyatını itirmişdir.
XS
SM
MD
LG