Accessibility links

Mahmud Abbas Ramallah şəhərində qəhrəman kimi qarşılanıb

  • Amerikanın səsi

Mahmud Abbas Ramallah şəhərində qəhrəman kimi qarşılanıb

Mahmud Abbas Ramallah şəhərində qəhrəman kimi qarşılanıb

Fələstinlilərin prezidenti Mahmud Abbas bu gün İordan çayının qərb sahilindəki Ramallah şəhərində qəhrəman kimi qarşılanıb. Minlərlə fələstinli qarşısında çıxış edən cənab Abbas deyib ki, “Fələstin baharı” başlayıb. ABŞ və İsrailin müqavimətinə baxmayaraq, Fələstinlilərin prezidenti Mahmud Abbas rəsmi şəkildə BMT-dən tam üzv kimi Fələstin dövlətini tanıması üçün cümə günü müraciət edib. O, təklifi BMT-nin baş katibi Ban Ki Muna təqdim edib.BMT-nin Baş Assambleyasında çıxışı zamanı Mahmud Abbas İsraili “işğalçı” adlandırıb, O deyib ki, İsraiin fələstinlilər üzərindəki nəzarəti “müstəmləkə işğalıdır”. Cənab Abbas İsrailin Fələstin ərazilərində yəhudi yaşayış məntəqələri inşa etməsinin sülh prosesinə mane olduğunu və fələstinlilərin təktərəfli dövlət elan etməkdən bağqa çarəsi olmadığını deyib.

XS
SM
MD
LG