Accessibility links

Mahmud Abbas İsrail mediasında dolaşan sülh ideyasını rədd edir


Mətbuatda müvəqqəti sərhədlərlə Fələstin dövlətinin təşkili barədə yazı dərc olunmuşdu

Fələstinlilərin prezidenti Mahmud Abbas İsrail mediasında müvəqqəti sərhədlərlə Fələstin dövlətinin təşkili barədə yazılan ideyanı rədd edib. Cənab Abbas bu gün Ramallah şəhərində rəhbəri olduğu Fətah təşkilatında etdiyi çıxışında deyib ki, bu ideyanın irəli sürülməsi Yaxın Şərq sülh prosessini irəlilətmək məqsədi daşıyır. Fələstinlilər bu ideyanı qəbul edə bilməzlər. O, tam Fələstin dövlətinin təşkilinə səsləyib. Dünən cənab Abbas Birləşmiş Ştatların Yaxın Şərq üzrə xüsusi elçisi Corc Mitçellə görüşüb. Cənab Mitçel İsrail ilə Fələstinlilər arasında vasitəli danışıqların keçirilməsinə çalışır. Dünən cənab Mitçel həmçinin İsrailin baş naziri Benyamin Netanyahu ilə də görüşüb.Cənab Netanyahu deyib ki, ölkəsi danışıqların yenidən başlanması ilə ciddi maraqlıdır. Cənab Mitçel bazar günü cənab Netanyahu ilə bir daha görüşəcək. O, deyib ki, Birləşmiş Ştatlar Yaxın Şərq sülh danışıqlarının tezliklə başlanacağına ümid bəsləyir.

XS
SM
MD
LG