Accessibility links

Mahmud Abbas: Sülh danışıqları İsrailin Qərb sahilində inşaat işlərini dayandırmasından sonra başlaya bilər


Fələstinlilərin prezidenti Mahmud Abbas
Fələstinlilərin prezidenti Mahmud Abbas

Misir və Fələstin liderləri Birləşmiş Ştatların İsrailə inşaat işlərinin bərpasına görə təzyiq göstərməmək qərarını müzakirə ediblər

Fələstin prezidenti Mahmud Abbas sülh danışıqlarına İsrailin İordan Çayının Qərb sahilində inşaat işlərini dayandırmasından sonra başlana biləcəyini deyib. Cənab Abbas bu bəyanatı bu gün Qahirədə, Misir prezidenti Hüsnü Mübarəklə görüşündən sonra verib. Görüşdə liderlər Birləşmiş Ştatların İsrailə inşaat işlərinin bərpasına görə təzyiq göstərməmək qərarını müzakirə ediblər. Fələstin rəsmiləri Mahmud Abbasın Vaşinqtonun bu qərarını müzakirə etmək üçün təcili olaraq Ərəb Liqası ilə müzakirələr aparacağını bildirmişlər. Müzakirələrin yaxın günlərdə Misirin paytaxtında keçiriləcəyi deyilir.

XS
SM
MD
LG