Accessibility links

Mahmud Abbas BMT-nin Fələstin dövlətinin yaradılmasına dair qətnamə ilə bağlı fəaliyyət göstərməsinə çalışır


Fələstinlilərin prezidenti Mahmud Abbas paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin dövlətinin yaradılmasına dair BMT Təhlükəsizlik Şurasına təqdim edilmiş qətnamə ilə bağlı fəaliyyətə başladığını deyib.

Şənbə günü Qahirədə Ərəb Liqasının xarici işlər nazirlərinin yığıncağında danışan cənab Abbas qətnamənin hazırlanması məqsədilə məsləhətləşmələrə başlayacağını bildirib, lakin bunun nə vaxt başlanacağı haqda bir söz deməyib.

Mahmud Abbas qətnamə ilə bağlı Birləşmiş Ştatlarla birgə iş aparmaq istədiyini bildirib.

Fələstlin diplomatları keçən ay Təhlükəsizlik Şurasının üzvlərinə İsrailin Şərqi Qüds də daxil olmaqla Fələstin ərazilərindən noyabrın 26-a qədər çıxmasına çağıran qərar layihəsini təqdim ediblər. Lakin hələlik sənədlə bağlı səsvermənin keçirilməsinə dair heç bir çağırış edilməyib.

Qətnamə layihəsinin Birləşmiş Ştatlar da daxil olmaqla, Təhlükəsizlik Şurasının bəzi üzvləri tərəfindən müqavimətlə qarşılanacağı gözlənilir.

XS
SM
MD
LG