Accessibility links

İran prezidenti zəlzələ bölgəsində olub (yeni fotolar)


Şərqi Azərbaycanda zəlzələ

Şərqi Azərbaycanda zəlzələ

Prezident Vərzəqan şəhərinin yaxınlığındakı Zəqənabad, Zəngabad kəndlərində dağıntılara baş çəkib

Şərqi Azərbaycanda zəlzələ

Şərqi Azərbaycanda zəlzələ

İran prezidenti Mahmud Əhmədinejad avqustun 24-də Şərqi Azərbaycana – zəlzələ bölgəsinə gedib.
Avqustun 11-də baş vermiş 6,3 bal gücündə zəlzələdə 200-dən çox kənd tamamilə dağılıb. Rəsmi məlumata görə, 350 nəfərdən çox insan həlak olub, minlərlə adam ağır yaralanıb.
“Media forum” saytının məlumatına görə, Əhmədinejadı fəlakət bölgəsinə ilk səfərində bir neçə nazir, eləcə də İranın Qızıl Aypara Təşkilatının rəisi müşayiət edib və o, Vərzəqan şəhərinin yaxınlığındakı Zəqənabad, Zəngabad kəndlərində dağıntılara baş çəkib.
İRNA agentliyinin məlumatına görə isə İran prezidenti bildirib ki, vəziyyətlə yaxından tanış olub: “Yardımlar sürətləndiriləcək. Əgər bir qüsur varsa, xalqın və dövlətin köməyi ilə aradan qaldırılacaq. Çünki zəlzələ təbii fəlakətdir”.
Xatırladaq ki, Əhmədinejadın zəlzələdən iki gün sonra İslam Konfransı Təşkilatının iclasına qatılmaq üçün Səudiyyə Ərəbistanına getməsi İranın bir sıra iqtidaryönlü mediasında geniş müzakirə edilərək etirazlarla qarşılanmışdı. Prezident zəlzələdən zərər çəkənlərlə görüşmək əvəzinə xarici səfərə çıxmaqda qınanmışdı.

Şərqi Azərbaycanda zəlzələ

Şərqi Azərbaycanda zəlzələ












Şərqi Azərbaycanda zəlzələ

Şərqi Azərbaycanda zəlzələ












Şərqi Azərbaycanda zəlzələ

Şərqi Azərbaycanda zəlzələ












Şərqi Azərbaycanda zəlzələ

Şərqi Azərbaycanda zəlzələ












Şərqi Azərbaycanda zəlzələ

Şərqi Azərbaycanda zəlzələ

XS
SM
MD
LG