Accessibility links

Mahmud Bilgin: Tələblərimizin parlamentdə səslənməsi diaspor fəallarının əlini gücləndirər [Audio-Müsahibə]


Mahmud Bilgin
Mahmud Bilgin

Mahmud Bilgin türk dilində təhsil haqqı mövzusunun İran Parlamentində gündəmə gətirilməsini milli hərəkatın gücləndiyinin bir əlaməti kimi dəyərləndirir və bu məsələdən xaricdə lobbiçilik fəaliyyətlərində də istifadə edilə biləcəyinə ümidini ifadə edir. Güney Azərbaycan Demokrat Partiyasının (GADP) başqanı Amerikanın Səsinə söhbətdə Təbriz Universitetində Türk dili bölümünün açılması, ana dili məsələsinin millət vəkilləri tərəfindən səsləndirilməsi, eləcə də İran Parlamentində Türk Fraksiyasının təşkili istiqamətində fəaliyyətləri bir diaspor fəalı perspektivindən dəyərləndirib.

Mahmud Bilgin Türk Dili və Ədəbiyyatı bölümünün açılışını şərh edir
please wait

No media source currently available

0:00 0:20:55 0:00

Mahmud Bilgin Təbriz Universitetində Türk Dili və Ədəbiyyatı bölümünün açılmasına Milli Hərəkatın İran hakimiyyətindən qopardığı bir “qənimət” kimi baxır:

Əgər biz İran Parlamentində istəklərimizi gündəmə gətirə bilirik, demək ki bir siyasi gücük. Amma, siyasi azadlığımız yoxdur ki öz adımızla açıq şəkildə fəaliyyət edə bilək,” deyə diaspor fəalı əlavə edir

“Bunu biz özümüz üçün müsbət olay kimi görürük. Ancaq, ümumi olaraq baxanda bu heç də qaneedici deyil. Bizim millətimizin istəkləri ilə tutmur... Birincisi, İranda çoxluqda olduğumuz; ikincisi, İranın yaradıcısı bizik; ondan sonra tarixi baxımdan hər zaman aparıcı bir millət olmuşuq; bir də dilimizin güclü bir dil olması üçün... bu parametrələrə görə, necə ki yüz minlərlə insan Güney Azərbaycanda çıxır və haray çəkir türk dilində mədrəsə, bizim millətimizin haqqı türk dilində məktəbləri olmasıdır. Bizim əsas istəklərimizdən biri budur.”

Onun fikrincə İran hakimiyyəti bu kimi addımlarla “milli hərəkata sahib olub, onu yönləndirmək və milləti aldatmaq” kimi hədəfləri izləyir.

“İranda milli hərəkat günü gündən daha güclənir və millət tələblərini daha artıq ortaya qoymaqla millət vəkili namizədlərinə gücünü göstərib. İndi məclisdə Türk Fraksiyasının yaradılmasına da çalışılır. Bunlar göstərir ki tələblərin aşağıda güclü olduğu üçün müəyyən mexanizmlər yola düşməkdədir. Bunlar gözəldir və çox önəmlidir... Milli Hərəkatın güclənməsi ilə millət vəkilləri də öz gələcəklərini hərəkatın istəklərini ortaya qoymaqla düyünləyirlər..,” deyə milli fəal bütün bu yeniliklərin toplumun içindən yuxarıya doğru inkişaf etdiyini önə çəkir.

Mahmud Bilgin, ABŞ Senatoru Tom Coburn və Ayda Kərimli
Mahmud Bilgin, ABŞ Senatoru Tom Coburn və Ayda Kərimli


Mahmud Bilgin eyni zamanda bu yeniliklərin xaricdə fəaliyyət göstərən diaspor qruplarını İranda islahata ümidləndirəcək qədər önəmli olmadığını vurğulayır:

Milli Hərəkatın güclənməsi ilə millət vəkilləri də öz gələcəklərini hərəkatın istəklərini ortaya qoymaqla düyünləyirlər.

“Burada yüksək səviyyədə - misal üçün, nazirlər səviyyəsində bir şey olmayıb. Dəyişən sadəcə millət vəkilləri səviyyəsindədir və parlamentdə [fəaliyyətlər] olub. Millət vəkillərinin aparıcı gücü yoxdur. Amma bu bizim əlimizi [beynəlxalq qurumlar və xarici ölkələr rəsmiləri ilə] görüşlərdə daha da açar. Biz bundan bir fakt olaraq istifadə bilərik ki, millət vəkilləri bu istəkləri ortaya qoyur və əgər biz İran Parlamentində istəklərimizi gündəmə gətirə bilirik, demək ki bir siyasi gücük. Amma, siyasi azadlığımız yoxdur ki, öz adımızla açıq şəkildə fəaliyyət göstərə bilək,” diaspor fəalı əlavə edir.

XS
SM
MD
LG