Accessibility links

İranın sabiq sərt-xətt tərəfdarı prezidenti Mahmud Əhmədinejad ABŞ prezidentinə açıq məktub ünvanlayıb.

İngilis və fars dillərində yazılan məktubda Donald Tramp ABŞ-ın siyasi sistemi və seçki quruluşunun korrupsiyalaşdığını açıq şəkildə izah etdiyinə görə "alqışlanır".

Bu gün yayılan məktubda Tramp İran da daxil edilməklə, 7 ölkə vətəndaşlarına viza qadağası tətbiq edilməsinə görə də tənqid edilir.

Əhmədniejad müasir Amerikanın bütün millətlərə məxsus olduğunu yazır. O, ABŞ mühacirlərinin 1 milyonunun İran əsilli olduğunu vurğulayır.

İranın sabiq lideri Vaşinqtonun BMT üzərində dominantlığı, ABŞ-ın dünya ölkələrinin daxili işlərinə müdaxiləsinin qeyri-sabitlik, müharibələr, parçalanmış qəttlər və millətlərin didərgin düşməsinə yol açdığını yazır.

Əhmədinejad bu kimi məktublarla ABŞ prezidentləri Barak Obama və Corc Buşa da müraciət etmişdi.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG