Accessibility links

Mahmud Fəzli 3 il həbsdən sonra şərti azadlığa buraxılıb


Mahmud Fəzli oğlu Atilla ilə birlidə

Mahmud Fəzli oğlu Atilla ilə birlidə

İran Azərbaycanı ilə bağlı xəbər yayan saytlar Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) təşkilatının liderlərindən Mahmud Fəzlinin təqribən 3 il həbsdən sonra sərbəst buraxıldığını bildiriblər.

Güney Azərbaycan Televiziyasına istinadən, Yeni GAMOH-un mərkəzi şurası üzvü “şərti azadlıq” qanunundan istifadə edərək, Təbriz Mərkəzi zindanından azad olunub.

İran İnqilab Məhkəməsi 2013 ilində Yeni GAMOH təşkilatının liderləri Mahmud Fəzli, Yürüş Mehrəlibəyli (Ayət), Lətif Həsəni, Şəhram Radmehr və Behbud Quluzadəni “qeyri-qanuni təşkilat qurmaq” və “İran İslam Respublikasına qarşı təbliğat aparmaq”da ittiham edərək hər birini 9 il həbsə məhkum etmişdi.

Ötən 3 ildə Təbriz, Rəcayi-şəhr və Evin həbsxanalarında saxlanılan Mahmud Fəzli bir neçə dəfə aclıq aksiyası keçirib. Onun və təşkilatın digər üzvlərinin 2013-cü ildə ağır həbs cəzasına etiraz olaraq Rəcayi-şəhr zindanında keçirdikləri birgə aclıq aksiyası bir ay davam edib.

XS
SM
MD
LG