Accessibility links

Mahmud Əhmədinejad iki günlük Livan səfərini Hizbullahın rəhbəri ilə görüşlə başa vurub


Mahmud Əhmədinejad iki günlük Livan səfərini Hizbullahın rəhbəri ilə görüşlə başa vurub
Mahmud Əhmədinejad iki günlük Livan səfərini Hizbullahın rəhbəri ilə görüşlə başa vurub

İran prezidenti Mahmud Əhmədinejad iki günlük Livan səfərini Hizbullahın rəhbəri ilə görüşlə başa vurub. İranın dövlət başçısı bu yaraqlı qrupu İsrailə qarşı silahlı mübarizəsinə görə alqışlayıb. İranın dövlət mətbuatı cənab Əhmədinejadın Həsən Nəsrulla ilə görüşü zamanı səfərinin məqsədi və regional inkişafları müzakirə etdiyini bildirib. Nəsrullanın Mahmud Əhmədinejada Hizbullah döyüşçüləri tərəfindən İsrail əsgərlərinin əlindən alınan tüfəngi hədiyyə etdiyi deyilir. Dünən İran prezidenti Livanın cənub Bint Cbeil şəhərində minlərlə Hizbullah tərəfdarı qarşısında çıxış etmişdi. ABŞ Dövlət Departamenti onun bu səfərini ölkənin suverenliyi və regional təhlükəsizliyə hədə kimi qiymətləndirib.

XS
SM
MD
LG