Accessibility links

Mahmud Əhmədinejad nüvə danışıqlarını müsbət qiymətləndirib


Mahmud Əhmədinejad nüvə danışıqlarını müsbət qiymətləndirib
Mahmud Əhmədinejad nüvə danışıqlarını müsbət qiymətləndirib

İran prezidenti Mahmud Əhmədinejad yanvarda keçiriləcək nüvə danışıqlarını müsbət qiymətləndirib. Mahmud Əhmədinejad Türkiyədə dünyanın aparıcı dövlətləri ilə gələn ay keçiriləcək danışıqları qarşıdurmanın əməkdaşlıqla əvəz olunması üsulu kimi görür. İran dövlət başçısı dünən İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən konfransında deyib ki, qarşıdan gələn görüş hamının marağında olan tarixi hadisə olacaq. Ancaq onun sözlərinə görə, nüvə proqramı səbəbilə sanksiyalar və digər siyasi təzyiqlər davam etsə, Qərb dövlətləri uğursuzluğa düçar olacaq. Xatırladım ki, İran uranı zənginləşdirmə prosesini dayandırmaqdan imtina etdiyinə görə, BMT, ABŞ, və Avropa Birliyi Tehrana sanksiyalar tətbiq edir.

XS
SM
MD
LG