Accessibility links

Mahmud Məmmədquliyev: Azərbaycanın viza rejiminin sadələşdirilməsi haqqında sazişi imzalayacağı dəqiqdir


Mahmud Məmmədquliyev

Mahmud Məmmədquliyev

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bəzi media orqanlarında Azərbaycanın "Şərq tərəfdaşlığı" sammitində hər hansı sənədi imzalamaqdan imtina etməsi ilə bağlı yaydığı məlumatları spekuliyasiya adlandırıb.

M.Məmmədquliyev Trend agentliyinə bildirib ki, “Şərq tərəfdaşlığı” dövlətlərinin III sammiti noyabrın 28-29-da Vilnüsdə keçiriləcək.

"Azərbaycanın viza rejiminin sadələşdirilməsi haqqında sazişi imzalayacağı dəqiqdir", o qeyd edib.

Tərəflər, həmçinin bəzi sahələr üzrə strateji əməkdaşlığa dair saziş, "mobility partnership" (Avropa İttifaqının (Aİ) əmək miqrasiyası siyasətinə dair xüsusi əməkdaşlıq forması), Azərbaycanın Aİ-nin proqramlarında iştirakının iştrakının genişləndirilməsi haqqında protokol və s. sənədləri imzalamağa hazırlaşırlar.

Nazir müavininin sözlərinə görə, əgər tərəflər sammitin başlamasınadək bu sənədləri razılaşdıra bilsələr, bu sənədlər Vilnüsdə imzalanacaq: "Əgər bu baş verməsə, onlar sonra imzalanacaq".

Sammitin yekun bəyannaməsinə gəlincə, M.Məmmədquliyev deyib ki, hazırda onun mətninin razılaşdırılması prosesi gedir.
XS
SM
MD
LG