Accessibility links

Mahmudəli Çöhrəqanlının seçki namizədliyindən Türk Fraksiyasının təsisinə qədər - 20 il ərzində nələr dəyişdi? [Audio-Müsahibə]


Mahmudəli Çöhrəqanlı

Mahmudəli Çöhrəqanlı

GAMOH rəhbəri Amerikanın Səsinə danışır

Təqribən 20 il öncə Təbrizdən 5-ci dövr İran Parlament seçkilərinə namizəd olduğunda yüz minlərlə əhalinin səsini almasına baxmayaraq seçki prosesindən uzaqlaşdırılıb nəzarət altına alınan Mahmudəli Çöhrəqanlı Amerikanın Səsinə müsahibədə həmin illərdə baş verən olayları anlatmaqla bərabər o vaxtlardan bu günə qədər nələrin dəyişildiyinə dair düşüncələrini açıqlayıb. Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) təşkilatının lideri həmçinin İran Parlamentində Türk Bölgələri Fraksiyasının təsisinə yol verən amillər və siyasi şərait haqqında fikirlərini ifadə edib.

Mahmudəli Çöhrəqanlı hesab edir ki, İranda və xüsusilə Azərbaycan bölgələrində türk toplumunun milli və siyasi şüurunun yüksəlməkdə olduğunu görüb və bunun gələcək illərdə daha yüksək səviyyəyə çatacağını proqnozlaşdıran İran hakimiyyəti parlamentdə Türk Bölgələri Fraksiyasının təsisinə imkan verməyə məcbur qalıb.

Güney Azərbaycan və başqa bölgələrdə yaşayan türklər inanılmaz səviyyədə oyanıblar... İnanın ki, bu oyanışın 5 il, 15 il sonrası rejimə çox böyük təhlükədir. Buna görə əl-ayağa düşüb və bəzi imtiyazları verməyə başlayıb. Onlardan biri də bu Türk Bölgələri Fraksiyasıdır.

“Bu İran rejiminin istəyi əsasında olmayıb. Güney Azərbaycan və başqa bölgələrdə yaşayan türklər inanılmaz səviyyədə oyanıblar. Çox yüksək səviyyədə milli və siyasi şüura sahibdirlər. İran rejimi bundan qorxur. Dövlətdir hər halda. Dövlətlər biraz irəlini görərlər. İllər sonranı görərlər. İnanın ki, bu oyanışın 5 il, 15 il sonrası hakim fars şovinist rejimə çox böyük təhlükədir. Buna görə əl-ayağa düşüb və bəzi imtiyazları verməyə başlayıb. Onlardan biri də bu Türk Bölgələri Fraksiyasıdır,” deyə ABŞ-da mühacirətdə yaşayan lider dilə gətirir.

Mahmudəli Çöhrəqanlı özü 1995-96-cı illərdə keçirilən 5-ci dövr İran Parlament seçkilərinə Təbriz şəhərindən namizəd olaraq türk dilində təhsil haqqı tələbi başqa olmaqla türklərin tələbləri və Azərbaycanın problemlərini gündəmə gətirməyi bacarmışdı. Amma o, seçkilərin birinci mərhələsində yüz minlərlə əhalinin səsini qazanaraq ikinci mərhələyə keçməyə nail olsa da, seçki prosesindən kənarlaşdırıldı. Dövlət qurumları Təbriz əhalisinə Çöhrəqanlının namizədlikdən imtina etdiyini elan etsələr də, onun əslində təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınması xəbərini gizləyə bilmədilər.

Mahmudəli Çöhrəqanlının 1995-96-cı illərdəki seçki afişası -Təbriz (şəkil AZOH saytından alınıb)

Mahmudəli Çöhrəqanlının 1995-96-cı illərdəki seçki afişası -Təbriz (şəkil AZOH saytından alınıb)

Sonralar həbs, mühakimə və digər basqılar üzündən ölkəni tərk edən lider ötən 20 ildə nələrin dəyişildiyini və Türk Bölgələri Fraksiyasının təsisinə yol verən siyasi şəraiti şərh edib.

O, hesab edir ki, türklərdə milli şüurun yüksəlməkdə olduğunu görən və bunun gələcək illərdə daha yüksək səviyyəyə çatacağını proqnozlaşdıran İran İslam Respublikası Türk Bölgələri Fraksiyasının təsisinə imkan verməklə milli hərəkatı nəzarət altına almağ hədəfləyib.

Amma, Çöhrəqanlının fikrincə, onlar bu hədəfə çata bilməyəcəklər:

Türk millətləri içində bu gün ən oyanmış, ən yüksək dərəcə də milli-siyasi şüura malik olan Güney Azərbaycanın türkləridir. Hətta Quzey də əsla Güneylə müqayisə edilə bilməz. Orada bir gecədə konstitusiyanı dəyişdilər, türk oldu azəri, azərbaycanlı...

“Məncə buna nail olmayacaqlar. Bunlar məcburdurlar. Türk milləti və digər qeyri-farsların hamısının haqlarını ödəməyə məcbur olacaqlar.”

Türk fəalların bir çoxu bu fraksiyanın təsisinin İranda hakimiyyətlərin inkar etməyə çalışdığı türk kimliyinin dövlət səviyyəsində tanınması istiqamətində böyük bir addım olduğunu önə çəkirlər.

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) təşkilatının lideri də həmin mövzuya diqqət çəkərək deyir ki, “Türk millətləri içində bu gün ən oyanmış, ən yüksək dərəcədə milli-siyasi şüura malik olan türk milləti Güney Azərbaycanın türkləridir. Hətta Quzey də əsla Güneylə müqayisə edilə bilməz. Orada bir gecədə Konstitusiyanı dəyişdilər, türk oldu azəri, azərbaycanlı...”

Show comments

XS
SM
MD
LG