Accessibility links

Mahmudəli Çöhrəqanlı: "Pasportumda vizasız vətənimə dönürəm"


Mahmudəli Çöhrəqanlı və oğlu Aparslan Frankfurt hava limanında (15 avqust 2013)

Mahmudəli Çöhrəqanlı və oğlu Aparslan Frankfurt hava limanında (15 avqust 2013)

"Pasportuma viza vurmasalar da, bizim haqqımızda qadağa olmadığı bildirilib". Bu sözlərinə Vaşinqton beynəlxalq hava limanında olarkən Amerikanın Səsinə açıqlama verən Mahmudəli Çöhrəqanlı deyib. Onun sözlərinə görə, oğlu Alparslanla birlikdə avqustun 15-i yerli vaxtla axşam saat 21:30 Bakıda olacaq: "Burada Almaniyaya, oradan da Bakıya gedəcəm. Ümid edirəm ki, Bakıya daxil olmağıma problem yaratmayacaq. Vizasız da olsa, mən vətənimə dönürəm".

Qeyd edək ki, GAMOH liderinin oğlu Alparslan Çöhrəqanlı Facebook səhifəsində artıq Frankfurt hava limanında olduqlarını əks etdiriən foto yerləşdirib.

Qeyd edək ki, Amerikanın Səsinə müsahibəsində Mahmudəli Çöhrəqanlı 7 ildən sonra ilk dəfə Azərbaycana geri döndüyünü bildirmişdi. Bu yeddi il ərzində Azərbaycana girişinə qadağa olduğunu iddia edən GAMOH lideri artıq vətəninə geri dönməyin zamanının yetişdiyini bildirmişdi.
XS
SM
MD
LG