Accessibility links

Makedoniya prezidenti koalisiya hökumətinin təşkilinə qarşı çıxdı


Gjorge İvanov, Makedoniya Prezidenti

Makedoniya prezidenti Gjorge İvanov parlamentin qərarına məhəl qoymayaraq müxalif patiyaya etnik albanlarla yeni hökümət yaratmaq üçün mandat verməyi rədd edib.

Makedoniya konstitutsiyasına uyğun olaraq yeni hökumətin mandatını təhvil verməmək qərarı ilə, Gjorge İvanov dövlət çevrilişi edib.

Zoran Zaevin Sosial Demokratlar partiyası dekabrda keçirilən erkən parlament seçkilərində kifayət qədər yer qazanmadığı üçün, alban dilinin rəsmi dil olaraq istifadəsini genişləndirmək vədi müqabilində etnik albanlarla razılıq əldə ediblər.

İvanov Zaevi ölkənin “suverenliyini, ərazi bütövlüyübü və müstəqilliyini” sarsıdan gündəm yaratmaqda ittiham edib.

Zaev İvanovun qərarını qəzəblə pisləyib.

Makedoniyada alban dilinə verilən imtiyazlara qarşı etiraz aksiyası
Makedoniyada alban dilinə verilən imtiyazlara qarşı etiraz aksiyası

“Makedoniya konstitutsiyasına uyğun olaraq yeni hökumətin mandatını təhvil verməmək qərarı ilə, Gjorge İvanov dövlət çevrilişi edib,” deyə Zaev İvanovu ölkəni dərin böhrana sürükləməkdə ittiham edib.

Alban dilinə geniş imtiyazlar verilməsi barədə vəd paytaxt Skopye şəhərində kütləvi etirazlara yol açıb.

Biz vahidik, Makedoniya bizim vətənimizdir. Yaşasın Makedoniya!

“Bizim ikinci, ehtiyatda olan vətənimiz yoxdur,” deyə etirazçı Vlanko Petruşevski bildirir. “Biz vahidik, Makedoniya bizim vətənimizdir. Yaşasın Makedoniya!”

Makedoniyalılarla etnik alban azlığı arasında əlaqələr keçmişdə gərgin oilub. 2001-ci ildə etnik alban militantları Makedoniya qüvvələrinə hücum etdikdən sonra ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı.

XS
SM
MD
LG