Accessibility links

Makedoniyada qarşıdurma ilə əlaqədar 30 nəfər həbs edilib


Makedoniya rəsmiləri bir gün davam edən və 22 polis işçisi və silahlı şəxsin ölümü ilə nəticələnən atışmadan sonra 30 nəfərin həbs edildiyini bildirib.

Son atışma 2001-ci ildə etnik albanların Kumanovoda 37 polis işçisinin yaralanması ilə nəticələnmiş üsyanından sonra baş vermiş ilk belə hadisədir. Kumanovo şəhəri Kosovo və Serbiya ilə sərhəddə yerləşən alban şəhəridir.

Makedoniya paytaxtı Skopje şəhər məhkəməsi 30 şübhəlidən 18-nin etnik albanların üstünlük təşkil etdiyi qonşu Kosovonun sakinləri, qalan 11 nəfərin makedoniyalı və bir nəfərin isə alban olduğunu müəyyən edib.

Saxlanmış şəxslərin hər birinə 30 günlük həbs cəzası verilib. Həbs müddəti şübhəlilər məhkəmə qarşısına çıxarılanadək uzadıla bilər.

Etnik albanlar Makedoniyanın 2,1 milyon əhalisinin 25 faizini təşkil edir.

Makedoniyada dərc edilən Skopje Lajm qəzeti şənbə günü axşam qrupun hücuma görə məsuliyyət daşıdığını bildirən bəyanatını dərc edib.

Milli Qurtuluş Ordusu adlı qrup polis və ordunu "günlərdir mülki vətəndaşları təhdid etməkdə" ittiham edib.

XS
SM
MD
LG