Accessibility links

Bakının azad edilməsinin 96-cı ildönümüdür


Bakının işğaldan azad edilməsi (tarixi foto)

Bakının işğaldan azad edilməsi (tarixi foto)

Bu gün Bakının “Daşnaksutyun” və “Sentrokaspi diktaturası” hökumətinin eser-menşevik hərbi birliklərindən, ingilis ekspedisiya qruplaşmasından azad edilməsinin 96-cı ildönümü tamam olur.

Bu məqsədlə ötən gün və bu gün ölkənin müxalifət və ictimaiyyət nümayəndələri, Türkiyənin Bakıdakı səfirliyinin nümayəndələri Şəhidlər Xiyabanını və Türk Ordusunun Bakının azad edilməsi uğrunda həlak olmuş hərbçilərinin məzarlarını ziyarət ediblər.

1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cümhuriyyətinin milli ordusu Bakını azad edib.

Bundan sonra 1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Gəncədən Bakıya köçüb.

Bakının azadlığı uğrunda döyüşlərdə minə yaxın türk əsgər və zabiti, beş mindən çox Azərbaycan vətəndaşı həlak olub.

Bakıda hakimiyyət AXC hökumətinin əlinə keçsə də Qarabağ daşnakların nəzarətində qalıb. Qafqaz İslam Ordusunun bir hissəsi regiona göndərilib, Nuru Paşa isə yerlərdə hissələrə rəhbərlik etmək üçün Ağdama gedib. Tezliklə onun rəhbərlik etdiyi ordu Şuşaya daxil olub və Azərbaycan bayrağını şəhərin üzərində qaldırıb.

XS
SM
MD
LG