Accessibility links

Makkeyn və Qraham Tillersonun namizədliyinə dəstək bildirib


ABŞ senatorları Con Makkeyn və Lindsi Qraham

Respublikaçılar partiyasının iki nüfuzlu qanunvericisi prezident Donald Trampın dövlət katibi vəzifəsinə nominasiya etdiyi ExxonMobil enerji şirkətinin keçmiş prezidenti Reks Tillersonun təsdiq olunmasına səs verəcəklərini bildiriblər. Senatorlar Con Makkeyn və Lindsi Qraham Tillersonun Rusiya prezidenti ilə əlaqələri ilə bağlı bundan öncə narahatlıqlarını ifadə etmişdi.

"Olduqca ehtiyatla nəzərdən keçirdikdən və cənab Tillersonla müzakirələrdən sonra biz onun dövlət katibi vəzifəsinə nominasiyasını dəstəkləkmək haqda qərar verdik"-deyə Makkeyn və Qraham açıqladıqları bəyanatda bildiriblər.

Dövlət katibi vəzifəsinə nominasiya olunmuş Reks Tillerson Senatın Xarici Əlaqələr komitəsi qarşından dinləmə zamanı

Dövlət katibi vəzifəsinə nominasiya olunmuş Reks Tillerson Senatın Xarici Əlaqələr komitəsi qarşından dinləmə zamanı

"Onun Rusiya hökuməti və prezident Vladimir Putinlə əvvəllki əlaqələrilə bağlı narahatlıqların qalmasına baxmayaraq, biz cənab Tillersonun ABŞ-ın maraqlarını effektiv şəkildə müdafiə edə biləcəyinə inanırıq"-deyə bəyanatda bildirilir.

Con Makkeyn və Lindsi Qraham Senatın Xarici Əlaqələr Komitəsinin nüfuzlu üzvləridir.

Onun Rusiya hökuməti və prezident Vladimir Putinlə əvvəllki əlaqələrilə bağlı narahatlıqların qalmasına baxmayaraq, biz cənab Tillersonun ABŞ-ın maraqlarını effektiv şəkildə müdafiə edə biləcəyinə inanırıq

Reks Tillersonun Rusiya hökuməti və prezident Vladimir Putinlə əlaqələri Senatda onun dövlət katibi vəzifəsinə nominasiya ilə əlaqədar keçirilmiş dinləmələr zamanı diqqət mərkəzində olub.

ExxonMobil nəhəng enerji şirkətinin baş icraçı direktoru olduğu müddətdə Tillerson Rusiya ilə razılaşmalar əldə edərək, prezident Vladimir Putinlə dostluq münasibətləri qurub.

ABŞ-ın tətbiqi etdiyi sanksiyalar bu razılaşmalarının əsas hissəsinin dondurulmasına səbəb olmuşdu.

Tillerson dinləmələrdə ABŞ qanunvericilərinə Rusiyanın dünya səhnəsində hərəkətlərinin narahatlıq doğurduğunu deyib.

ABŞ prezidenti Donald Tramp Reks Tillersonu razılaşma əldə etmək qabiliyyətinə görə Dövlət katibi vəzifəsinə nominasiya etdiyini deyib.

XS
SM
MD
LG