Accessibility links

Senator Makkeyn: Rusiyanın Türkiyənin hava hövzəsinə müdaxiləsi dərin narahatlıq doğurur


ABŞ senatoru Con Makkeyn Alhurra televiziyasına müsahibəsində Rusiyanın Türkiyənin hava hövzəsinə müdaxiləsinin dərin narahatlıq doğurduğunu bildirib. Respublikaçı senator qeyd edib ki, Birləşmiş Ştatlar və Rusiya arasında koordinasiyaya dair danışıqlar sakitləşdirməyə bənzəyir.

İraq və Suriyada İslam Dövləti qrupunun döyüşçülərinə qarşı mübarizə aparmaq üçün Birləşmiş Ştatların quru qüvvələrinin yerləşdirilməsinin uzun zamandır tərəfdarı olan senator Makkeyn Müdafiə naziri Eşton Karter və prezident Obama administrasiyasının başqa nümayəndələrinin Rusiyanın Suriyada əməliyyatlarına göstərdiyi reaksiyanı tənqid edib. “Hamı bilir ki, Rusiya qələbə əldə edir”-deyə o bildirib.

“Onlar 1973-cü ildən bəri ilk dəfə olaraq Yaxın Şərqdə böyük rol oynayır."-Senator Con Makkeyn

Senator Makkeyn müsahibədə deyib: Onlar istədikləri bütün məqsədlərə nail olurlar, biz isə oturub bunu bataqlıq adlandırırıq, ya da müdafiə nazirinin sözlərilə, qeyri-professionallıq deyirik. Bu zarafat həddinə gəlib çatır.”

Prezident Obama İslam Dövləti qrupuna qarşı hava hücumları kampaniyasının keçirilməsinə səlahiyyət verib. Buraya Suriyada 2 min 600, İraqda isə 4 min 600 hava hücumu daxildir. Lakin bombardmanlar az təsirə malik olub və prezident Obama hələ Amerika əsgərlərinin münaqişəyə cəlb olunmasını istisna edir.

Con Makkeyn deyib ki, bu həftə başladığı hava hücumları zamanı Rusiyanın mötədil müxalifət qruplarının döyüşçülərini hədəf aldığı aşkardır. Senator Birləşmiş Ştatların təlim verib təchizatla təmin etdiyi Suriya üsyançılarını müdaifə edə bilməməsini “hiddət doğuracaq səviyyədə qeyri-əxlaqi” kimi tənqid edib.

“Biz ruslara deməliyik ki, istədiyimiz zaman hara istəsək oraya da uçacağıq, onlar da yaxşı olar ki bizim yolumuzda dayanmasın”-deyə senator Makkeyn müsahibədə bildirib.

Suriyada hava hücumları kampaniyası həyata keçirən Rusiya İslam Dövləti qrupunun hədəflərinə qarşı Xəzər dənizində hərbi gəmilərdən raket atdığını bildirib. Müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə bildirib ki, hərbi gəmilərdən İslam Dövləti qrupunun 11 hədəfinə 26 raket atılıb. Müdafiə naziri bunun mülki əhali arasında tələfatlara səbəb olmadığını qeyd edib.

“Biz ruslara deməliyik ki, istədiyimiz zaman hara istəsək oraya da uçacağıq, onlar da yaxşı olar ki bizim yolumuzda dayanmasın”-Senator Con Makkeyn

Bu arada, ABŞ Müdafiə naziri Eşton Kerter Romada müxbirlərə bildirib ki, İraq və Suriyada İslam Dövləti qrupuna qarşı minlərlə hava hücumu həyata keçirmiş Birləçmiş Ştatlar qrupa qarşı mübarizədə Rusiya ilə əməkdaşlıq etməyə razılıq verməyib.

"Rusiyanın hava hücumları Suriyada İŞİD deyil, başqa hədəflərə qarşı aparılmağa davam edir", deyə o bildirib. Lakin onun sözlərinə görə, Birləşmiş Ştatlar Rusiya ilə Suriya üzərindən uçan Amerika pilotlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Rusiya ilə texniki danışıqları davam etdirəcək.

Xəzər dənizində Rusiya gəmisi
Xəzər dənizində Rusiya gəmisi

Türkiyə keçən həftə şənbə və bazar günləri Rusiyanın hərbi təyyarələrinin ölkənin hava hövzəsini iki dəfə pozduğunu bildirib. Türkiyə hökuməti izahat almaq üçün Rusiyanın ölkədəki səfirini iki dəfə xarici işlər nazirliyinə çağırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın döyüş təyyarələrinin ölkənin hava hövzəsini pozması ilə bağlı bildirib ki, insident iki ölkə arasında münasibətlərin gələcəyi ilə bağlı suallar yaranmasına səbəb olur.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG