Accessibility links

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsinə təyinatı elan etməsi ilə hazırkı və sabiq təhlükəsizlik rəsmiləri rahatlıqla nəfəs aldı. Lakin bir çoxları ehtiyatlı nikbinlik nümayiş etdirdi.

General-leytenant H.R. Makmasterlə çalışanlar Tramp administrasiyasının bu seçimlə sağlam addım atdığını düşünür.

Makmaster çevik komanda vermək, özündən yüksək səviyyəli rəhbərliyindən çəkinmədən ziddiyyətli variantları mükəmməl bir siyasət rekomendasiyalarına çevirmək qabiliyyətinə sahib olan bir şəxsiyyət kimi tanınır.
O, elə bir adamdır ki, oturub hər iki tərəfi dinləyəcək, ən yaxşı arqumentləri bir araya gətirib, prezidentə təqdim edəcək

O, elə bir adamdır ki, oturub hər iki tərəfi dinləyəcək, ən yaxşı arqumentləri bir araya gətirib, prezidentə təqdim edəcək

​“O, strateji düşüncəyə malik, qərar vermək iqtidarında olan və hər işi doğru yoldan görən bir insandır ” - deyə sabiq kəşfiyyat zabiti Maykl Pregent bildirib.

Bundan sonra onun işi səriştəsi və qabiliyyətləri ilə prezidentin qulağına danışmaqdır.

Bu, Makmaster üçün Ağ Evin Pentaqonla İŞİD-in məhvinə dair planların müzakirəsinə başlaması ilə bir sınaq mahiyyəti daşıyacaq.

İŞİD əleyhinə plan

Müdafiə rəsmilərinin bildirdiyinə görə, Ağ Ev və daha sonra dövlət katibi Cim Mattisə təqdim edilən plan ilkin bir sənəddir.

“Bu, daha geniş müzakirələr üçün iş cədvəlidir” - deyə Pentaqonun sözçüsü Ceff Devis müxbirlərə bildirib. O, planın həyata keçirilməsi üçün bəzi detallar üzərində işləniləcəyini deyib.

Ceff Devis
Ceff Devis

Pentaqon rəsmiləri planın ilkin mərhələdə, olduğunu desə də burada hərbi əməliyyatlardan əlavə daha geniş variantlara yer verildiyini bildirir.

“Bu, İŞİD-in tez bir zamanda məhvini nəzərdə tutan plandır. Burada qlobal səviyyədə bütün vasitələrdən istifadə öz əksini tapıb. Diplomatiya ən əsas vasitədir ”, Devis bildirib.

Bu planın İŞİD-i yer üzündən silmək istədiyini deyən Trampla necə ayaqlaşacağını gözləməkdən başqa yol oxdur. Hərbi əməliyyatlardan əlavə diplomatiyanı nəzərdə tutması alovlanma nöqtəsi ola bilər. Xüsusilə də administrasiyanın Dövlət Departamenti və yarıcı yardım büdcələrini 30 faiz ixtisar etməsi ilə.

Makmaster kimi ehtiramlı bir şəxsin milli təhlükəslik maşaviri təyin edilməsi ilə belə bu, müşkül bir məsələ olacaq. Lakin generalı tanıyanlar onun bu məsələnin öhdəsindən gələ birləcək bir insan olduğunu deyir.

“O, elə bir adamdır ki, oturub hər iki tərəfi dinləyəcək, ən yaxşı arqumentləri bir araya gətirib, prezidentə təqdim edəcək” - deyə Pregent bildirib.

Təyinat

Prezident Donald Tramp təhlükəsizlik məsələləri üzrə yeni müşavir olaraq ABŞ ordusunun general-leytenantı H.R. MakMasteri fevralın 20-də təyin edib.

Tramp Makmasteri “böyük istedad və təcrübəyə sahib insan” adlandırıb.

54 yaşlı West Point məzunu milli təhlükəsizlik müşaviri olaraq Maykl Flinni əvəz edir. Tramp keçmiş ordu generalı Flinni bir ay öncə, Tramp adminstrasiyası hakimiyyətə gəlmədən əvvəl Rusiya səfiri ilə telefon danışıqları ilə bağlı vitse-prezident Mayk Pensə yanlış məlumat verdiyinə görə vəzifəsindən istefa verməsini tələb edib. Tramp Flinnin bu davranışını qəbuledilməz adlandırıb.

ABŞ administrasiyasının milli təhlükəsizlik məsələləri üzrə yeni müşaviri öz işçilərinə terror hücumlarını törədən müsəlmanların İslamı təhrif etdiyini deyib. Bu, prezident Donald Trampın yüksək səviyyəli müşavirlərinin mövqeyindən fərqli bir ideoloji yanaşma tərzidir.

New York Times qəzetinin verdiyi məlumata görə, H.R.Makmaster bildirib ki, "radikal İslam terrorizmi" termininin işlədilməsi əks-təsirə malikdir, çünki terrorçuların hərəkətləri "İslama ziddir".

Makmasterin bu açıqlamaları Milli Təhlükəsizlik Şurasının üzvləri ilə ilk görüşü zamanı səslənib.

XS
SM
MD
LG