Accessibility links

Jurnalistin Azərbaycana buraxılmamasına rəaksiyalar davam edir

  • Bulut Mehmandarli
  • Nərminə Cəlalqızı

Jurnalistin Azərbaycana buraxılmamasına rəaksiyalar davam edir

Jurnalistin Azərbaycana buraxılmamasına rəaksiyalar davam edir

JMK-nin təmsilçisi Amerikanın səsinə müsahibəsində jurnalistin təhlükəsizliyi səbəbilə onun qeri qaytarıldığı açıqlamasını qəbul etmir

Baş qərargahı Birləşmiş Ştatlarda yerləşən Media Hüquqları qrupu Jurnalistləri Müdafiə Komitəsinin bildirdyinə görə, Azərbaycan Bloomberg xəbər agentliyinin foto-müxibirinin erməni mənşəli olduğuna görə ölkəyə girməsinə icazə verməyib. Jurnalistləri Müdafiə Komətəsi bildirib ki, eyni zamanda Amerikanın səsi üçün kontrat üzrə çalışan Diana Markosyan Bakıya iyun ayının 27-də Latviyanın paytaxtı Riqadan gedib və bir gün sonra Riqaya geri göndərilib.

Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Orta Asya üzrə nümayəndəsi Müzəffər Süleymanov Amerikanın səsinə müsahibəsində jurnalistin etnik mənşə səbəbilə Azərbaycana buraxılmadığını bildirdiyini deyib. O, söyləyib ki, əvvəlcə Azərbaycana jurnalistlərin buraxılmadığından xəbəri olsa da birinci dəfə ətnik mənşə əsas götürülərək belə bir qərar verildiyini eşidib.

Cənab Süleymanov, İyulun altısında Sərhədsiz Jurnalistlərin verdiyi bəyanatda Azərbaycanın və Ermənistanın bəzi jurnalist və media işçilərini ölkəyə buraxmamaları iki ölkə də bununla bağlı problem barədə suala isə cavab verməkdən imtina edib. O, müsahibəsində əvvəlcə başqa təşkilatın bəyanatına şərh vermək istəmədiyini desə də daha sonra həmin bəyanatda haqqında danışılan jurnalist və media işçilərinin Azərbaycan və Ermənistana buraxılmaması hadisələri ilə tanış olmadığını və buna görə də həmin hadisələr barədə fikir bildirmək istəmədiyini söyləyib. Müzəffər Süleymanov təşkilatın diqqətinə çatdırılan hadisələrə olsa onda JMK-nin belə məsələlərə baxa biləcəyini söyləyib.

İnsidentdən sonra KomitəYə danışan Markosyan bakıya çatan kimi aeroportda Azərbaycan sərhəd işçilərinin onun pasportunu yoxladıqlarını və sənədlərində erməni soyadı olduğu üçün onu saxladıqlarını deyib. Foto-müxbir aeroportun tranzit hissəsində 16 saat saxlandıqdan sonra ABŞ səfirliyininin işçilətinin köməyi ilə bilet alıb Riqaya qayıtdığını deyib.

Ötən ay Azərbaycanın bir rəsmisi bildirmişdi ki, Markosyan ölkədən ona görə deportasiya edilib ki, rəsmi dairələr qonşu Ermənistandan olan şəxlərin təhlükəsizliyini təmin edə bilməz.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov isə Azeri Press Agentliyinə açıqlamasında Bakının Bloomberg agentliyindən Mikosyanın əvəzinə başqa foto-müxbir göndərməsini xahiş etdiyini deyib.

JMK Azərbaycanın xarici bir jurnalistin etnik mənşəini səbəb göstərərək onun ölkəyə daxil olmasına icazə verməməsini "çox narahat edici" adlandırıblar. Jurnalistləri Müdafiə Komitəsinin bəyanatında qeyd olunur ki, Markosyanın hansısa başqa bir jurnalist kimi Azərbaycanda işləməsinə imkan yaradılmalıdır.

XS
SM
MD
LG