Accessibility links

Maks Taker: Qərb Azərbaycandakı hadisələrə göz yummamalıdır


O Avropa Yayım Birliyini Azərbaycanda hüquqların pozulmasına biganə qalmamağa çağırıb

Bakıda İctimai Televiziya qarşısında etiraz aksiyasının dağıdılması dinc etiraz və ifadə azadlıqlarının pozulmasının növbəti sübutudur. Amnesty İnternational hüquq müdafiə təşkilatının Cənubi Qafqaz və Ukrayna üzrə koordinatoru Maks Taker (Max Tucker) bu günki piketi monitorinq etdikdən sonra Amerikanın Səsi radiosuna bildirib.
“Beynəlxalq ictimaiyyət və Qərb ölkələrinin liderləri öz rəylərini bildirməli və baş verənlərə göz yummamalıdırlar. Bu hərəkətlərin pislənəcəyinə və Qərbin hakimiyyətin əməllərə etinasız qalmadığını nümayiş etdirəcəyinə ümid edirik”, deyə o bildirib.
Cənab Taker həmçinin Avropa Yayım Birliyini də Azərbaycanda hüquqların pozulması və boğulması faktlarına biganə qalmamağa çağırıb.

XS
SM
MD
LG