Accessibility links

Məlahət Nəsibova: "Naxçıvanın təbii qazı da kəsilə bilər" [Audio]


Naxçıvanda qərargahlanan insan haqları müdafiəçisi Məlahət Nəsibova

Naxçıvanda qərargahlanan insan haqları müdafiəçisi Məlahət Nəsibova

Naxçıvanlı jurnalist İranın Azərbaycana tətbiq etdiyi viza rejiminin daimiləşəcəyindən ehtiyat edir

Naxçıvanda olan jurnalist Məlahət Nəsibova Amerikanın Səsinə verdiyi müsahibədə bildirib ki, İranın Azərbaycana viza tələbini bərpa etməsi xüsusilə blokadada olan Naxçıvan Muxtar Respublikasının əhalisinə təsir edib. Belə ki, Naxçıvandan İran ərazisi vasitəsilə paytaxta gedənlər və eləcə də daha ucuz ərzaq almaq üçün İranın sərhəd bölgəsinə qısa səfər edənlər saatlarla İranın Naxçıvandakı konsulluğu önündə gözləməli olur.

Məlahət Nəsibova deyir ki, İran bunu Tehranda keçiriləcək konfransla əlaqələndirsə də, əslində İrana keçən azərbaycanlıların böyük əksəriyyəti heç Təbrizə də üz tutmur, onlar birbaşa paytaxt Bakıya istiqamətlənən sərhədboyu magistralla hərəkət edir. Jurnalist vizanın müvəqqəti tətbiq olunduğunu desə də, bunun daimi hal alacağını da istisna etmir.

Məlahət Nəsibovanın sözlərinə görə, bu İranla Azərbaycan arasındakı son gərginliklərlə birbaşa bağlı ola bilər: "Biz hər an hər şey gözləyirik. İran bilir ki, Naxçıvan blokada vəziyyətindədir və Bakı ilə əlaqələr əsasən İranın ərazisindən keçmək şərti ilə qurula bilir. İstisna deyil ki, bundan sonra Naxçıvanın qazı da kəsilə bilər". Naxçıvanlı jurnalist bildirir ki, ümumilikdə son bir ayda İrandan keçən azərbaycanlılara qarşı rəftar bir xeyli pisləşib.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

Show comments

XS
SM
MD
LG