Accessibility links

Ötən həftə Taliban silahlısı tərəfindən boğazı və başından güllələnən 14 yaşlı məktəbli qız müalicə etmək üçün Britaniyaya göndərilib. Britaniya həkimləri onun müalicəsinin bir neçə həftə sürəcəyini bildirir.

Pakistanlı həkimlər Malala Yusafzainin uzun müddət hücumun təsirindən fiziki və psixoloji müalicə alması üçün onun xaricə göndərilməsi qərarına gəlib.

Birləşmiş Ərəb Əmirliyi Yusafzainin xaricə aparılmasına yardım edib.

Yusafzai qızlara təhsil verməsi vəTalibanın vəhşiliklərini sənədləşdirməsi ilə beynəlxalq səviyyədə tanınır.

Bazar günü minlərlə insan Pakistanın ən böyük şəhəri Kəraçidə Yusafzaiyə dəstək verdiklərini bildirmək üçün toplaşıb.
XS
SM
MD
LG