Accessibility links

Malalaya Nobel Sülh mükafatı təqdim olundu


17 yaşlı Malala ən gənc, Satyarti isə Hindistan-əsilli ilk Nobel Sülh mükafatı laureatıdır

Pakistanlı təhsil hüquqları fəalı Malala Yusifzai və hindli uşaq hüquqları müdafiəçisi Kailaş Satyarti Norveç paytaxtı Osloda Nobel Sülh mükafatını alaraq tarixə imza atdılar.

17 yaşlı Malala ən gənc, Satyarti isə Hindistan-əsilli ilk Nobel Sülh mükafatı laureatıdır.

Mükafatların təqdim edilməsi mərasimində Malala artıq uşaqlara acımaq deyil, bunun əvəzinə onlara kömək etmək vaxtının duymaq vaxtının gəldiyini deyib. “Biz buundan sonra uşaqların təhsildən məhrum olduğunun şahid olmamalıyıq”-deyə o bildirib.

Uşaq əməyinə son qoymaq istiqamətində fəaliyyət göstərən Kailaş Satyarti deyib ki, onun məqsədi hər bir uşağın uşaqlıq dövrünü azad şəkildə yaşamasına nail olmaqdır.

Hüquq müdafiəçinin sözlərinə görə, "uşaqların arzularının gerçəkləşməsinə mane olmaqdan böyük zorakılıq yoxdur”.

Malala və Satyarti birlikdə 1,1 milyon dollar dəyərində mükafata layiq görülüblər.

XS
SM
MD
LG