Accessibility links

Malayziya rəsmiləri deyir ki, polislər bir neçə kütləvi qəbirlər aşkar edib. Onların sözlərinə görə, qalıqların Birma və Banqladeşdən olan miqrantlara məxsus olduğu ehtimal edilir.

Daxili işlər naziri Zahid Həmidi jurnalistlərə açıqlamasında bildirib ki, qəbirlər Tailandla sərhəd kəndlərdə tapılıb və bu kəndlər insan alverçilərinin vaxtaşırı istifadə etdiyi bölgələrdir.

Yerli medianın məlumatına görə, banqladeşliləri və Rohinqya miqrantlarını üçün insan alverçilərinin istifadə etdiyi saxlanma düşərgəsi ətrafında aşkar edilən 30-a yaxın qəbirdə yüzlərlə skelet qalıqları tapılıb.

Rəsmilər bundan əvvəl Malayziya torpaqlarında hər hansı qul düşərgəsinin və ya kütləvi qəbirlərin olmasını rədd edirdi.

Məsələ ilə bağlı Milli Polisin rəisinin sabah mətbuat konfransı keçirəcəyi gözlənilir.

XS
SM
MD
LG