Accessibility links

Malayziya rəsmiləri itkin düşmüş təyyarənin axtarışlarını Hind Okeanına qədər genişləndirdiklərini xebər verirlər. Bu, Boeing 777 təyyarəsinin radardan itən nöqtəsindən minlərlə kilometr uzaqdadır.

Nəqliyyat naziri Hişammuddin Hüseyn cümə günü jurnalistlərlə müsahibəsində təyyarənin itdiyi məkana dair heç bir yeni məlumat verməyib. O, təyyarənin qəzaya uğradıqdan sonra kommunikasiya peyklərinə avtomatik elektron mesajlar göndərdiyinə dair xəbərə fikir yürütməkdən imtina edib.

Cümə axşamı ABŞ rəsmiləri axtarışlar barədə fikir bildiriblər. Onlar kommunikasiya peyklərinin müntəzəm texniki təmir və təyyarənin vəziyyəti haqda göndərilən çox zəif siqnalları qəbul etdiklərini deyiblər.

Göndərilən siqnalların təyyarənin yeri haqda məlumat verib vermədiyi hələlik aydın deyil.

Cənab Hüseyn ABŞ rəsmiləri ilə peyklərdən itən təyyarə barədə hər hansı məlumat əldə etmək üzərində işlədiklərini deyib. O bildirib ki, bu məlumatların təsdiqlənmədən ictimaiyyətə açıqlanması düzgün deyil.
XS
SM
MD
LG