Accessibility links

Malavinin prezidenti vəfat edib


Tibbi mənbələr bildirirlər ki, Malavi prezidenti Binqu va Mutarika ürək tutmasından sonra vəfat edib. Amma rəsmilər onun ölümü haqda açıqlama verməyiblər.

Diplomatik mənbələr bildirir ki, 78 yaşlı prezident paytaxt Lilonqvedəki evində xəstələndikdən sonra dünyasını dəyişib.

Onu dərhal hospitala aparıblar və orada prezident keçinib. Malavinin sabiq prezidenti Bakili Muluzi rısmiləri cənab Mutarikanın ölümü haqda açıqlama verməyi çağırıb.

Onu sözlərinə görə əgər prezident ölübsə onda konstitutsiyada müəyyən olunmuş qaydada hakimiyyət yeni seçkilər keçirilənədək Coys Bandaya ötürülməlidir.

XS
SM
MD
LG