Accessibility links

Rusiya tərəfdarı separatçıların Ukraynanın şərqində 298 nəfər sərnişini olan Malayziya təyyarəsini vurduğu idda edilən faciədən bir il keçsə də, münaqişə hələ də həll olunmamış qalır.

Malayziya təyyarəsi Amsterdamdan Kuala-Lampura uçan zaman raket atəşinə məruz qaldı. Yanmağa başlayan təyyarənin hissələri separatçıların nəzarətində olan ərazidəki tarlaya töküldü.

Təyyarədə həlak olan uçuş heyəti və on ölkədən olan sərnişinlərin bu müharibə ilə heç bir əlaqəsi yox idi. Onların ölümü müharibəni dayandırmasa da, münaqişənin gedişində dəyişiklik yaratdı.

Ekspertlər bildirir ki, Avropa dövlətləri Rusiya qarşısında Ukraynanın şərqində müdaxilə məsələsini qaldırmağa meylli olmasa da, Malayziya təyyarəsinin vurulmasından sonra bu mövqe dəyişdi. “Bu faciə hər kəsi Rusiya ilə gələcək münasibətlərin necə qurulacağını üzərində fikirləşməyə məcbur etdi”-deyə Kral Müdafiə və Təhlükəsizlik Araşdırmaları İnstitutunun təhlilçisi Sara Leyn bildirir.

Bu faciə nəticəsində sanksiyaların tətbiq edilməsi və diplomatik prosesin genişlənməsi münaqişəyə son qoymasa da, Ukraynanın şərqində böhranın qızışmasının qarşısını aldı.

Fransa və Almaniya liderlərinin Minskdə keçirdyi danışıqlar kövrək atəşkəs razılığınıpn əldə edilməsilə nəticələndi. Lakin Qərb və Ukrayna rəsmiləri Rusiyanın hələ də üsyançıları hərbi təchizatla təmin edib onlara təlim verdiyini bildirir.

Bəziləri Ukraynanın şərqində münaqişəni dondurulmuş münaqişə adlandırır, başqaları isə böhranın çox asanlıqla qızışa biləcəyini deyir.

XS
SM
MD
LG