Accessibility links

Malayziya rəsmiləri bu yaxınlarda Suriyadan geri dönən iki nəfər də daxil edilməklə, paytaxt Kuala-Lampurda terror hücumları həyata keçirməyi planlaşdıran 17 nəfərın həbs edildiyini bildirib.

Polis rəisi Xalid Əbu Bəkarın Twitter vasitəsilə açıqladığı mesajında 17 nəfərın bazar günü həbs edildiyi deyilir. O deyib ki, bu məsələ ilə bağlı əlavə məlumat daha sonra açıqlanacaq.

Həbslər Daxili İşlər Nazirliyinin keçən həftə anti-terrorla bağlı iki qanunu təklif etməsindən sonra həyata keçirilib. Yeni qanuna əsasən, terroru dəstəkləməkdə şübhəli bilinən hər bir kəsin pasportunun əlindən alınması və məhkəməsiz həbs edilməsi nəzərdə tutulur.

Tənqidçilər 2012-ci ildə ləğv edilən təhlükəsizliklə bağlı bu mübahisəli qanundan vətəndaş azadlıqlarının məhdudlaşdırılması üçün istifadə edilə biləcəyi ilə bağlı barədə xəbərdarlıq edib.

Keçən il də Malayziyada İslam Dövləti qrupunu dəstəkləmək ittihamı ilə onlarla insan həbs edilmişdi.

XS
SM
MD
LG