Accessibility links

Malayziya MH 370 reysinin axtarışı dayandırılır


İki il öncə qeyb olan Malayziya Hava Yollarına məxsus MH 370 reysinin axtarışları dayandırılır.

Malayziya, Avstraliya və Çinin nəqliyyat nazirləri Hindistan Okeanında itən təyyarənin üç ölkənin idarəsi altında aparılan axtarışlarına son qoymaq üzərində razılıq əldə edib.

Malayziyanın Nəqliyyat naziri Liou Tionq deyib ki, əgər hər hansı “etibarlı yeni məlumat” əldə olunsa, yeni axtarışlar nəzərə alına bilər.

Bu qərar cümə günü Malayziyada nazirlərin görüşündən sonra açıqlanıb.

Malayziyanın Nəqliyyat naziri Liou Tionq deyib ki, əgər hər hansı “etibarlı yeni məlumat” əldə olunsa, yeni axtarışlar nəzərə alına bilər.

Təyyarə 2014-cü ilin martın 8-də Kuala Lumpurdan Pekinə uçduğu zaman içində 239 nəfərlə birlikdə radarlardan itib. Təyyarədəki sərnişinlərin üçdə biri çinli vətəndaş olub.

Qəza baş verən zaman Malayziya Hava Yollarının icraçı direktoru Cavhari Yəhya bu faciəyə nəyin səbəb olduğunu bilmədiyini demişdi.

Təyyarənin bəzi hissələrinin tapılmasına dair xəbərlər dolaşır.
Təyyarənin bəzi hissələrinin tapılmasına dair xəbərlər dolaşır.

2014-cü ildə təhqiqatçılar səbəb olaraq nə terror nə faciəvi mexaniki xəta nə də pilot təxribatını göstərə bilmədiklərini deyib.

O zamandan bəri isə bu fikrin dəyişməsinə səbəb olacaq heç bir ipucu əldə olunmayıb.

Təyyarınin itməsindən bəri bəzi parçaları Hindistan Okeanın sahilllərində aşkar olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG