Accessibility links

Malayziya sərnişin təyyarəsinin qara qutusunun siqnalına bənzər siqnallar qeydə alınıb


Avstraliya rəsmiləri yoxa çıxmış Malayziya sərnişin təyyarəsinin qara qutusunun siqnalına bənzər siqnalların qeydə alındığını bildirib.

Axtarışların rəhbəri Anqus Hyuston Pertdə müxbirlərə deyib ki, dünən aşkar edilən siqnal indiyədək laynerin Hind Okeanında axtarış prosesində ən perspektivli izidir.

O, tapıntının təsdiq edilməsinin vacibliyini vurğulayıb. Proses bir neçə gün davam edə bilər. Amma Anqus ABŞ dəniz donanmasının səs göstəricisinin köməyi ilə qeydə alınan məlumatın sevindirici hal olduğunu deyib.

Hyuston deyib ki, Avstraliya gəmisindən suya buraxılan indikator qara qutu olduğu ehtimal edilən cihazla iki saat və 20 dəqiqə davam edən əlaqə qurmağa müvəffəq olub. Bunun ardınca 13 dəqiqə də əlaqə qurulub.

Siqnalın qəbul edildiyi yer aşkarlanandan sonra, axtarışların aparılması məqsədi ilə sualtı gəmi əraziyə göndəriləcək.

Bazar günü rəsmilər Hind okeanının dərinliklərindən üç fərqli, lakin qısa səslər qeydə alındığını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG