Accessibility links

Yoxa çıxmış Malayziya laynerinin axtarışına başçılıq edən Anqus Hyuston qeydə alınmış siqnalların qara qutudan gəlib-gəlmədiyini müəyyən etmək üçün Avstraliya gəmisinin okeanın dibinə uzaqdan idarə edilən sualtı qayıq göndərəcəyini deyib.

Avstraliyanın Agentliklərin Birgə Koordinasiyası Mərkəzinin rəhbəri Anqus Hyuston bazar ertəsi Ocean Shield gəmisinin ABŞ donanmasına məxsus siqnal indikatorundan istifadəni dayandıraraq, "Bluefin 21" adlı sualtı robot qayığın köməyi ilə axtarışları davam etdirəcəyini deyib.

Pert şəhərində keçirilən mətbuat konfransında çıxış edən Hyuston axtarışların suyun dibində davam etdirilməsinin zamanının çatdığını deyib.

Hyuston eyni zamanda bazar günü axşam saatlarında ərazidə yanacaq izlərinin aşkar edildiyini deyib. O deyib ki, neftin mənbəyinin müəyyən edilməsi bir neçə gün ala bilər.
XS
SM
MD
LG