Accessibility links

Malayziya təyyarəsinin sərnişinlərinin oksigen maskası taxdıqları aşkar edilib


Hollandiya prokurorluğu iyul ayında qəzaya uğrayan Malayziya təyyarəsinin sərnişinlərini oksigen maskası taxdıqlarını təsdiq edib. Prokurorluq bildirib ki, hadisə qurbanları avstraliyalı olub. Tibbi ekspertizanın nəticələri barədə məlumat verilmir.

Hollandiyanın xarici işlər naziri Frans Timmermansın son tapıntılarla bağlı məlumatı sərnişinlərin təyyarənin təhlükədə olduğundan xəbərdarlığına dair şayiələrə yol açıb.

Avstraliyalı sərnişinlərin qohumlarına tapıntı aşkarlandıqdan dərhal sonra məlumat verilib. Lakin onlar bunu ilk dəfə eşitdiklərini deyir.

Kiyev və Qərb Boinq 777 təyyarəsinin Rusiyanın separatistləri təchiz etdiyi quru-hava raketi ilə vurulduğunu bildirir. Moskva isə iddiaları rədd edərək, Kiyevin falakətin məsuliyyətini daşıdığını deyir.

Qəza ilə bağlı araşdırmalar hələ də davam edir.

XS
SM
MD
LG