Accessibility links

Malayziya rəsmiləri itən təyyarə ilə bağlı yeni məlumat yayımlayıb


Malayziya höküməti yoxa çıxan Malasiya Airlines sərnişin təyyarəsinin mümkün qəzasının yerini müəyyən etməyə kömək edəcək peyk məlumatlarını açıqlayıb.

Məlumatlar 45 səhifəlik mürəkkəb kommunikasiya qeydlərindən ibarətdir. Təyyarə və peyk arasında keçən məlumat Britaniya telekommunikasiya şirkəti İnmarsata aid peykdən götürülüb.

Malayziyanın rəhbərlik etdiyi beynəlxalq istintaq qrupu məlumatdan yararlanaraq, təyyarənin Hind okeanının cənubunda Avstraliya sahillərində qəzaya uğradığını müəyyən edilib.

Amma kütləvi beynəlxalq axtarışlar nəticəsində ərazidə təyyarəyə aid heç bir iz tapılmasa da, sərnişinlərin ailə üzvləri müstəqil analitiklərin məlumatları nəzərdən keçirməsini istəyib.

Təyyarə martın 8-də Kuala Lumpur hava limanından Pekin istiqamətində havaya qalxdıqdan 30 dəqiqə sonra heç bir həyəcan siqnalı göndərmədən yoxa çıxıb. Malayziya rəsmiləri uçuş sistemi haqda məlumata malik bir şəxsin təyyarənin istiqamətini qəsdən dəyişdirə bildiyinə inanır.
XS
SM
MD
LG