Accessibility links

Keçən həftə radardan itən Malayziya təyyarəsinə dair müəmmalar gündən-günə daha da dərinləşir. Belə ki, laboratoriya ekspertizası nəticəsində bəlli olub ki, bir neçə gün öncə suyun üzərində tapılan yanacaq izlərinin təyyarə ilə heç bir əlaqəsi yoxdur.

Kuala-Lumpur rəsmilərinin məlumatına görə laboratoriya nəticələri tapılan izlərin gəmi yanacağı olduğunu göstərir.

Malayziya rəsmiləri deyir ki, 3 gündən artıqdır yoxa çıxan təyyarəyə dair heç bir iz tapılmayıb.

239 nəfərlik sərnişin və ekipaj üzvü olan Malayziya Hava Yollarına məxsus təyyarə Kuala Lumpurdan Pekinə uçan zaman yoxa çıxıb.

Malayziya, Vyetnam, Çin və Filippindən təyyarələr və gəmilər Vyetnamın cənub-qərbindəki Tho Çu adaları sahillərindən 240 kilometrlik aralıda itən təyyarənin axtarışlarını davam etdirir. Vyetnam rəsmiləri deyir ki, itən Boeing 777-200 laynerindən son siqnal orada daxil olub.

Təyyarə havaya qalxandan bir saat sonra yoxa çıxıb.
XS
SM
MD
LG