Accessibility links

Malayziya hava yollarına məxsus təyyarənin axtarışı davam etdirilir.

Hind okeanına düşdüyü ehtimal edilən təyyarənin axtarışı 5 kəşfiyyat təyyarəsi tərəfindən aparılır. Hind okeanının cənub bölgəsində aşkar edilən qırıntıların təyyarənin parçaları olduğu müəyyən edilməyib.

Axtarışa Avstraliya, Yeni Zelandiya və ABŞ-ın hərbi dəniz təyyarələri cəlb edilib.

Malayziyanın müdafiə naziri Hishamuddin Hüseynin bildirdiyinə görə, Çinin gəmiləri və kəşfiyyat təyyarəsi axtarışda iştirak edir. Yaponiya, Britaniya və Fransa əməliyyata yardım edir. Lakin əlavə yardıma ehtiyac hələ də böyükdür.

Martın 8-də yoxa çıxan təyyarədə 239 adam olub. İndiyədək təyyarənin yoxa çıxmasının səbəbinə dair heç bir dəlil əldə edilməyib.

Təhqiqatçılar mexaniki nasazlıq və terrorizmi istisna etmir.

Qazaxıstandan Hind okeanının cənubunu əhatə edən 7 milyon kvadrat mertlik ərazidə aparılan axtarışda 26 ölkə iştirak edir.
XS
SM
MD
LG