Accessibility links

Malayziyada nümayişlərdə 200 min insanın iştirak etdiyi bildirilir


Malayziyada ciddi saxtakarlıq ittihamları ilə üzləşən baş nazirin istifası tələbilə nümayişçilər ikinci gündür paytaxtda küçələrə çıxır.

Baş nazirin hökumətin sahib olduğu 1MDB investisiya fondundan öz hesabına 700 milyon dollar köçürməsinin ifşa olunmasından sonra ölkənin əsas vətəndaş cəmiyyəti qurumu olan Bersih Nəcib Razakın istefaya getməsini istəyir.

Nümayiş təşkilatçıları dünən nümayişlərin ilk günündə 200 mindən çox insanın aksiyaya qatıldığı bildirsə də, polis bu rəqəmin cəmi 30 min olduğunu deyib.

Nəcibin istefası çağırışlarına rəhbərlik edən 90 yaşlı keçmiş baş nazir Mahatir Məhəmməd dünənki nümayişdə qısa müddətə iştirak edib.

Bersihi təmsil edən yaşıl rəngli köynəklər geyinən nümayişçilər gecə Kuala Lumpurun Azadlıq Meydanı yaxınlığındakı küçələrində düşərgələrdə gecələyib. Hökumət isə öz növbəsində Bersihin veb səhifəsinə girişin qarşısını alıb və nümayişləri qanunsuz adlandırıb. Hökumət aktivistlərin yürüş üçün icazə almadığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG