Accessibility links

İnterpolun rəhbəri Malayziya sərnişin təyyarəsinin itməsinin terror hadisəsi ilə əlaqəsi olmadığını deyib.

İnterpolun baş katibi Ronald Nobel deyib ki, təyyarəyə oğurlanmış pasportlarla minən iki iranlı haqda yeni məlumatlar təyyarənin terror hadisəsi nəticəsində yoxa çıxmadığını deməyə əsas verir.

Beynəlxalq polis agentliyi iki İran vətəndaşının təyyarəyə birlikdə daxil olduqlarını göstərən foto-şəkli açıqlayıb. Onlar 19 yaşlı Puri Nurməhəmmədi və 29 yaşlı Dilavər Seyidməhəmmədirızadır.

Malayziyanın polis inspektoru general Tan Sri deyib ki, 19 yaşlı iranlı gənc çox güman ki, Almaniyaya mühacirət etmək istəyirdi.

Digər şəxsin kimliyi hələ də araşdırılır. Lakin əldə edilən məlumatlar onların terror hücumu üzərində birgə işləmə ehtimalını azaldır.

Malayziyaya məxsus Boeing 777 layneri şənbə günü Kuala Lumpur şəhərindən havaya qalxdıqdan bir saat sonra heç bir həyəcan siqnalı göndərmədən radardan yoxa çıxıb.
XS
SM
MD
LG