Accessibility links

Qadın və kişi beyinləri arasındakı fərq [Video]


Yeni araşdırmaların nəticələri insan beyninin kişi və qadın beyinləri kateqoriyasına ayrılmadığını göstərib və beyinlər arasında bir çox oxşarlıqların olduğunu müəyyən edib.

İsrailin Tel-Əviv Universitetinin alimləri qadınla kişi beyni arasında bir neçə struktur fərqinin olduğunu aşkar edib, lakin adi beyin imicinə baxarkən onun qadın və ya kişiyə aid olduğunu müəyyən etməyin qeyri-mümkün olduğunu deyiblər.

Qadın və kişi beyni arasında fərqin olduğunu alimlər uzun zamandır deyir. Tel-Əviv alimləri isə qadın və kişinin reproduktiv orqanları arasında olan fərqi nəzərə alaraq, qadın və kişi beyni arasında da kifayət qədər fərqin olub-olmadığını müəyyən etməyə çalışıblar.

“Bu suala cavab tapmaq üçün biz 1400 beyindən müxtəlif nümunələr götürdük. Beyinin müxtəlif hissələrindən götürülən nümunələr vasitəsilə biz fərqlərin ən böyük olduğu nahiyələri müəyyən etdik. Sonra bunları üst-üstə tolayaraq son analizdə beynin qadın yaxud kişiyə məxsus olduğunu müəyyən etməyə çalışdıq. Bu fərq nadir hallarda qeydə alındı” deyə, alim Dafna Coel bildirir.

Nəticədə araşdırmalar qadınla kişi beyinin spesifik hissələrində fərqi müəyyən edə bildi. Lakin beyində tam kişi yaxud qadın əlamətlərinin olması nadir bir hal idi. Beləliklə araşdırmaların nəticələri nəyi isbat edə bilib?

Araşdırmalara başçılıq edən Dafna Coelin dediyinə görə, buradan belə nəticə çıxır ki, insan beyninin hansı cinsə məxsus olduğunu maraqlara və spesifik xüsusiyyətlərə görə müəyyən etmək olar.

“Bu, o deməkdir ki, cəmiyyətdə cins kateqoriyası, yəni kişi yaxud qadının kimliyi, onların maraqları, nəyi sevib-sevməmələri, insanların sırf iki kateqoriyaya bölünməsinin elmi əsası yoxdur. İnsanlar bir-birlərindən çox fərqlidir." deyə, alim bildirir.

Hərçənd ki, əksər alimlər raılaşır ki, beyinlərdə həm kişi həm də qadın əlamətləri qeydə alınır, bir çoxları hesab edir ki, cinsi mənsubiyyətin beyinə mühüm təsirləri var. Ruhi xəstəliklər üzrə ekspertlərin fikrincə bioloji fərqlərin araşdırılması qadınların daha çox depressiyaya meyilli olması, yaxud kişilər arasında autizmin daha geniş yayılması kimi suallara cavab tapa bilər. Onlar hesab edirlər ki, cinsi mənsubiyyətin beyinə təsirlərini müəyyən etmək üçün daha çox araşdırma aparılmalıdır.

XS
SM
MD
LG